ƏRƏB DİPLOMATINI OĞURLAYANLAR ŞƏRT QOYMUŞLAR
“Əl-Cəzirə” televiziyası yalnız səssiz videokanal təqdim etmişdir. Yaraqlıların tələbi haqqında informasiya məhz bu peyk kanalının redaksiyasından gedir. Oğrular Bağdadda səfirliyin bağlanmasından əlavə, İraqda şiə televiziya stansiyası yayımlarının dayandırılmasını da tələb edirlər.
AZƏRTAC-ın xəbər verdiyi kimi, 28 yaşlı diplomat Nəci Rəşid əl-Nuaymi mayın 15-də gecə oğurlanmışdır. Onun sürücüsü və mühafizəçisi öldürülmüşdür.
“Əl-Cəzirə”nin bildirdiyi kimi, “İslam bayrağı” adlı naməlum qruplaşma diplomatın oğurlanmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür.