Ərəbistan səhralarında müşahidə olunan toz burulğanı Bakının havasını çirkləndirmişdir
Bakı, 5 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərinin atmosfer havasının çirklənmə səviyyəsinin yoxlanılması məqsədi ilə aparılan monitorinqin nəticələrinə görə hazırda havada olan tozun miqdarı normadan 1,5-2,5 dəfə çoxdur.
ETSN-dən AZƏRTAC-a verilən məlumata görə, bunun əsas səbəbi Ərəbistan səhralarında toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosferin yer səthinə yaxın olan qatları üzrə hava cərəyanlarının cənub, cənub-qərb axınları ilə Azərbaycana da gəlib çatmışdır.
Nazirliyin mütəxəssislərinin fikrincə, aprelin 5-də gecə və səhər saatlarında zəif küləyin əsməsi atmosfer havasında tozun səpələnməsinin və çoxalmasının qarşısını ala bilməmişdir. Ancaq aprelin 6-da zəif cənub, cənub-şərq küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaqdır ki, bu da atmosfer havasında toplanmış toz hissəciklərinin azalması üçün əlverişli şərait yaradacaqdır. Gözlənilən yağışlı hava şəraiti isə qısa bir müddətdə çirklənməni minimuma endirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]