Ermənilərin atdığı raketlər Tərtər Rayon Tarix Diyarşünaslıq Muzeyində nümayiş olunacaq FOTO
Tərtər, 5 noyabr, T.Ağaməmmədov, foto R.İsmayılov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu ərazisinə atılan 10-a yaxın raketin qalığı toplanaraq Tarix Diyarşünaslıq Muzeyinə gətirilib.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, raket qalıqları muzeydə sərgilənəcək. Məqsəd ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri gələcəkdə rayona gələn qonaqlara göstərməkdir.