Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan dünyada koronavirusla ən bərbad mübarizə aparan ölkələrdən biridir

Ermənistan dünyada koronavirusla ən bərbad mübarizə aparan ölkələrdən biridir

Bakı, 4 noyabr, AZƏRTAC

Koronavirusa yoluxanların sayının artımı gözlənilən idi. Dünyada yaz-yay aylarında yoluxma saylarında artım oldu, müxtəlif ölkələrdə fərqli vaxtlarda artım və eniş dövrləri qeydə alındı. Payızda ümumən şimal yarımkürəsində yerləşən ölkələrdə xəstə sayının artacağı proqnozlaşdırılırdı. Çünki epidemioloji olaraq hər bir pandemiyanın bir müddəti var, bu, bir il yarım və ya iki ildir. Bu müddət ərzində dalğalanmaların baş verməsi prosesə uyğundur.

AZƏRTAC xəbər verir ki, bunu həkim-reanimatoloq Emil Qasımov deyib.

O, həmçinin bildirib: “Payız aylarında şimal yarımkürəsində koronavirusa yoluxma hallarında nəzərəçarpan artım qeydə alınır. Son aylarda artım cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib. İyul-avqust aylarında Braziliya, Avstraliya, Yeni Zelandiyada artım var idi. Son bir ayda Avropa ölkələrində, ABŞ-da, Rusiyada, eləcə də Azərbaycanda artım müşahidə olunur.

Ölkəmizdə pandemiya martda başlasa da, may-iyul aylarında pik dövrlər yaşadıq və bu zaman ciddi hazırlıq gördük. Modul tipli xəstəxanalar açıldı, çarpayı sayı artırıldı, dünyanın inkişaf etmiş ölkələrinin tətbiq etdiyi ləvazimat, dərman və təchizat təmin olundu. Bu müddət ərzində həkimlər, o cümlədən digər tibb işçiləri də təcrübə topladılar. Sistem olaraq prosesə daha hazırlıyıq.

Hazırda Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan tarixinin ən şanlı günlərini yaşayırıq. Müharibə apardığımız ölkə də bizim kimi iki cəbhədə vuruşur. Onlar nəinki ordumuzla, hətta COVID-lə də mübarizə apara bilmirlər. Ermənistanda koronavirusa yoluxanlar və ölənlərin sayı da həqiqəti əks etdirmir. Əhali sayı ölkəmizdən az olsa da, xəstələnənlər iki dəfə, ölənlər dəfələrlə çoxdur. Yetərincə test də edə bilmirlər. Həkim çatışmazlığı var, təcrübələri çox azdır. Belə demək olar ki, Ermənistan dünyada COVID-lə ən bərbad mübarizə aparan ölkələrdən biridir”.

Həkim-reanimatoloqun sözlərinə görə, hər il oktyabrın 15-dən aprelin 15-nə kimi mövsümi qrip dövrü hesab olunur: “Həmin dövrdə viral infeksiyaların, digər virusların da artımını görürük. Buna səbəb həmin dönəmdə insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidir. Hava soyuq olduğu üçün insanlar qapı-pəncərəni bağlayır, daha sıx təmasda olur, məsafəni gözləmirlər. Bu səbəblərdən də koronavirusa yoluxma saylarında artım gözlənilən idi.

Hazırda vətəndaşlarda COVID-19-un zəifləməsi kimi düşüncə formalaşıb. Lakin bu, belə deyil. Xəstəliyin gedişatı, ciddiliyi olduğu kimidir. Koronavirus 80 faiz hallarda yüngül keçir. Demək olar ki, gündəlik 1000 xəstədən 800-ü koronavirusu daha yüngül, orta formada, asimptomatik keçirdir. Yüngül xəstələrin, yəni 80 faiz xəstə qrupunun müalicəsi evdə aparılır. Qalan 200 nəfərin, yəni 20 faizin hospitala yatırılmasına ehtiyac yaranır. Onlardan cəmi 5-6 faizi, bəzi ölkələrdə 5-10 faizi COVID-19-u ciddi keçirdir və həmin şəxslərin reanimasiya şöbələrində müalicə almalarına ehtiyac olur. Əvvəllər xəstəlik barədə çox məlumat yox idi. Lakin indi 10-cu aydayıq və dünyanı izləyərək qabaqcıl ölkələrin tətbiq etdiyi taktikalardan istifadə edirik. Koronavirusla mübarizədə təcrübə də artıb. Çarpayı sayı çox olduğu üçün biz bu prosesi daha yaxşı idarə edə bilərik.

Asimptomatik xəstələr bütün dünyada ciddi problemdir. Gənclər və yeniyetmələrin COVID-19-u asimptomatik keçirmə ehtimalları daha çoxdur. Onların qaydalara daha ciddi riayət etməsi tövsiyə olunur. Çünki bunu təsbit etmək çox çətindir. Əhalinin hamısını testdən keçirmək mümkün deyil. Əgər onlar virusa yoluxmuş şəxslərlə təmasda olublarsa, özlərini izolyasiya etmələri, maska taxmaları, 10 gün ictimai nəqliyyatdan istifadə etməmələri məsləhət görülür. Xəstəliyi yüngül keçirən insanların 10 gün ərzində digərlərini yoluxdurma ehtimalı var. Asimptomatiklərdə də bəzən zəif simptomlar ola bilər. Onlar da hansısa əlamətləri hiss ediblərsə, qrip və ya digər respirator infeksiyalara yoluxsalar da, özlərini izolyasiya etmələri, maska taxmaları, ailə üzvlərini və digərlərini yoluxdurmamaq üçün ayrı otaqda qalmaları tövsiyə olunur.

Bizi koronavirusdan qoruyan, yoluxanların müalicəsində tətbiq olunan effektiv dərman, profilaktik vasitənin olmasını hər kəs istəyir. Lakin hazırda elə bir vasitə yoxdur. Buna baxmayaraq, yoluxmanın qarşısını alan üç səmərəli üsul var: məsafə saxlanılması, gigiyena qaydalarına əməl olunması və maska istifadəsi. Həmin üç silah, xüsusilə maskaların istifadəsi ən effektiv vasitədir. Lakin bütün dünyada xəstəliyin yayılmasının, yoluxma saylarının artımının qarşısını almaq üçün bunlar yetmir. Növbəti səmərəli üsul peyvənddir. Peyvənd tədqiqatları dünyada davam edir. Lakin effektiv bir peyvəndin ən tez gələn ilin yazında ərsəyə gələrək istifadəsi mümkün ola bilər”.

E.Qasımov, həmçinin qeyd edib: “Son günlər biz tariximizin ən şanlı günlərini yaşayırıq. Şanlı ordumuz otuz ilə yaxındır düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad edir. Yaralıların olması müharibənin qanunlarından biridir. Həkimlərimiz həm yaralılara kömək etməli, həm də koronavirusa yoluxan xəstələrin müalicəsini aparmalıdırlar. Qələbə qazanmamız, koronavirusun daha da yayılmaması, həkimlərimizin bütün gücünü COVID-ə deyil yaralılara yönəltməsi, əsgərlərimizin bərpası, reabilitasiyası üçün tövsiyələrə əməl edilməsi vacibdir. Belə bir zamanda məsuliyyətli davranış sərgiləyən və tövsiyələrə ciddi yanaşanlar qələbəmizdə pay sahibi olacaqlar”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub