Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanda əkiz kəsirlər – Təhlil

Ermənistanda əkiz kəsirlər –  Təhlil

Bakı, 4 noyabr, AZƏRTAC

Ermənistandakı iqtisadi artımın geriləməsi fonunda, özəl və dövlət gəlirlərinin azalması maliyyə və xarici sektordakı dayanıqsızlıqları gücləndirir. Ermənistan iqtisadiyyatında hökm sürən əkiz kəsirlər - büdcə kəsiri və cari əməliyyatlar hesabı üzrə kəsirin orta və uzunmüddətli perspektivdə davam etməsi gözlənilir.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mövzu ilə bağlı şərhini təqdim edir.

Büdcə kəsri. Bu ilin ikinci rübündə baş verən kəskin iqtisadi daralma (13,7 faiz), pandemiya və Qarabağ müharibəsi ölkənin maliyyə balansına mənfi təsir edib və ümumi dövlət borcunu yüksək trayektoriyaya qaldırıb.

Büdcə gəlirləri planlaşdırılan göstəricilərdən xeyli uzaqlaşıb. Bu, daha çox cari ilin yanvar-avqust aylarında gömrük rüsumu və mənfəət vergilərinin keçən illə müqayisədə 6 faiz azalması ilə əlaqədardır. Yenidən müəyyən edilən rəsmi proqnozlara əsasən, hərbi və səhiyyə xərcləri artarkən, ÜDM və vergi gəlirləri 6,8 faiz azalacaq.

Adambaşına düşən yoluxma nisbəti olduqca yüksək olan Ermənistanda fiskal balans pandemiyadan əhəmiyyətli dərəcədə təsirlənir. Digər region ölkələrində olduğu kimi, pandemiya ilə bağlı 2020-ci ildə dövlət büdcəsindən dəstək həyata keçirilib ki, bu da ÜDM-in təxminən 4 faizi həcmindədir. COVID-19 pandemiyası başlamazdan əvvəl 2020-ci ildə ümumi dövlət xərclərinin 10 faizi həcmində olması proqnozlaşdırılan səhiyyə xərclərinin indi daha yüksək olması gözlənilir.

Eyni zamanda, cari ilin dövlət büdcəsində hərbi xərclər də artırılıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, ölkə hər il ÜDM-in təxminən 5 faizi həcmində vəsaiti hərbi sahəyə xərcləyir (“Global Fire Power”a əsasən, 10 faiz). Zəif fiskal multiplikasiya effektinə malik olan bu xərclər ölkədəki mövcud hərbi vəziyyətdən asılı olaraq arta bilər ki, bu da Ermənistandakı infrastruktur investisiyaları və sosial xərclər üçün maliyyə imkanlarını daha da daralda bilər.

Pensiya islahatlarına baxmayaraq, Ermənistanda pensiya sistemi qeyri-effektiv olaraq qalır və büdcə kəsirinə əlavə təzyiq yaradır. Aşağı məhsuldarlıq, yaşlanan əhali və yüksək miqrasiya əmsalı bu problemi daha da dərinləşdirir. BMT-nin göstəricilərinə əsasən, Ermənistanda 2020-ci və 2050-ci illərdə iqtisadi aktiv olmayan yaşdakı şəxslərin iqtisadi aktiv yaşda olan şəxslərə nisbəti əmsalının müvafiq olaraq 17,5 faiz və 34,3 faiz olması gözlənilir. Avropa İttifaqı ölkənin pensiya sisteminin maliyyə dayanıqlılığının 2020-ci və 2050-ci illər arasında ÜDM-in 4,6 faizi nisbətində pisləşəcəyini proqnozlaşdırır. Gənclərin Ermənistandan mühacirəti bu problemi daha da dərinləşdirir. Ölkədə 1990-2015-ci illər üçün ortalama xalis miqrasiya əmsalı -11,8-dir.

Ermənistanda dövlət borcu yanvar-avqust aylarında 8,8 faiz artaraq 7,97 milyard ABŞ dollarını keçib. Daxili borc 2020-ci ilin sentyabrına qədər 24,3 faiz artaraq 1,9 milyard dollara çatıb. Ermənistanda zəifləyən ÜDM-i dəstəkləmək üçün əlavə maliyyə tədbirlərinə olan ehtiyacı nəzərə alaraq, “Fitch” ölkədə fiskal konsolidasiya imkanları ilə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin olduğunu düşünür. Davam edən müharibə və pandemiya ilə əlaqədar vəziyyətin pisləşməsi Ermənistanın fiskal proqnozlarına mənfi təsir göstərir.

Hökumət büdcə gəlirlərinin azalmasını və büdcə kəsirinin iyulda iki dəfə artmasını nəzərə alaraq büdcə kəsirini yenidən nəzərdən keçirib. Rəsmi hesablamalara görə, Ermənistanın bu ilin sonuna qədər ÜDM-in 7,4 faizə çatacağı proqnozlaşdırılan büdcə kəsirinin, borc cəlb edilərək qarşılanacağı və cari ildə borcun ÜDM-ə nisbətinin 67 faizə çatacağı gözlənilir. “Fitch” dövlət borcunun orta müddətli dövrdə yüksək qalacağını proqnozlaşdırır.

Cari əməliyyatlar hesabı kəsiri. Ermənistanda xalis xarici borc, cari əməliyyatlar hesabında böyük struktur kəsir, zəif xarici investisiya daxilolmaları və pul baratlarından yüksək asılılıq kimi xarici həssaslıqlar 2020-ci ildə də aktual olaraq qalıb. Sərhədlərarası inteqrasiya və nəqliyyat problemləri, bazarlara çıxış məhdudiyyətləri, inkişaf etməmiş infrastruktur və hökm sürən korrupsiya səbəbindən xarici ticarət zəifləyir və ölkənin xarici investisiyalar üçün cəlbediciliyi azalır. Qonşu ölkələrlə sərhədlərin bəziləri siyasi səbəblərə görə bağlı vəziyyətdədir, digərləri isə məhdud imkanlar təklif edir. Azərbaycanla Dağlıq Qarabağ müharibəsi genişlənir. Bu ilin oktyabrında “Fitch Ratings” Ermənistanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini (IDR) “BB-”dən “B+” səviyyəsinə endirib. Ölkənin borca xidmət xərclərinin artması gözlənilir.

Ermənistanın cari əməliyyatlar hesabı kəsirinin ÜDM-ə nisbəti 8,2 faizdir. 1991-ci ildən bəri davam edən bu kəsir xroniki xarakter daşıyır. Rəsmi məlumatlara görə, cari ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi, idxal və ixrac müvafiq olaraq 10,2 faiz, 12,4 faiz və 6 faiz azalıb. Ermənistanda ixrac həm mallar, həm də istiqamətlər baxımından az diversifikasiya olunub. İxrac səbətində üstünlük təşkil edən aşağı əlavə dəyərli istehsal malları və xammal xarici rəqabət qabiliyyətini məhdudlaşdırır. İxracatın təxminən yarısını metal və qiymətli daşlar təşkil edir. Dağ-mədən məhsullarının ixracı xarici valyutanın əsas mənbələrindən biridir ki, bu da iqtisadiyyatı qlobal əmtəə bazarında pandemiya səbəbindən yaranmış volatilliyə məruz qoyur. Kənd təsərrüfatı məhsulları ümumi ixracatın təxminən 30 faizini təşkil edir; sektor işçi qüvvəsinin mühacirət və hərbiləşmə nəticəsində sürətlənən daralmasından təsirlənir. Qida və digər vacib istehlak malları üçün idxaldan asılılıq getdikcə dərinləşir. 2020-ci ilin mart ayında ikitərəfli dram məzənnəsinin 5 faiz dəyərdən düşməsi ixracatın artmasına deyil, idxal olunan malların qiymətlərinə təsir edib ki, bu da “dominant valyuta paradiqması” ilə izah edilə bilər. Ölkənin qalıq (fosil) yanacaqlardan idxal asılılığı cari əməliyyatlar balansına əlavə təzyiq göstərir.

İdxalın azalması 2020-ci ildə ixraca nisbətən iki dəfə çox olub. Bu azalma pul baratlarının azalmasından təsirlənən tələbin daralmasından qaynaqlanır. ÜDM-in 11 faiz nisbətində olan pul baratları xüsusi istehlakı dəstəklədiyi üçün Ermənistanda ÜDM artımının vacib və ən dayanıqlı amili hesab olunur. “Fitch”in məlumatına görə, koronavirus pandemiyasından yaranan xarici təsirlər, cari ilin ilk yarısında pul baratlarının ötən ilin müvafiq dövrünə nisbətən 22 faiz azalmasına səbəb olub. Rusiya pul baratlarının əsas mənbəyidir və ölkənin əsas ticarət tərəfdaşlarından biridir (Ermənistanın ixracının təxminən 30 faizi və idxalının 25 faizi Rusiyanın payına düşür). Neft qiymətlərinin dinamikası Rusiyadan gələn xarici valyuta axınlarına əhəmiyyətli təsir göstərir və Ermənistanı neft ixracatçısı olmadan Holland xəstəliyinə məruz qoyur.

İxrac tələbinin, turizmin və pul köçürmələrinin azalması nəzərə alınmaqla cari əməliyyatlar hesabı kəsrinin böyüyəcəyi gözlənilir. Oktyabrda Beynəlxalq Valyuta Fondu bildirib ki, Ermənistanda cari əməliyyatlar hesabı kəsrinin ÜDM-ə nisbəti 2020-ci ildə -8,8 faiz, 2021-ci ildə -7,3 faizə qədər artacaq. Daxili tələbin təsiri ilə 2021-2022-ci illərdə də cari hesab kəsrinin müəyyən qədər genişlənəcəyi proqnozlaşdılır. “Fitch”ə görə, kəsirin üçdə birindən az hissəsi borc olmayan kapital axını ilə qarşılanır.

Ölkənin kapital və maliyyə hesabı da cari əməliyyatlar hesabının kəsrini örtə bilmir. İqtisadi və siyasi qeyri-sabitlik vəziyyətində yeni xarici investisiyalar cəlb edərək cari kəsrin maliyyələşdirilməsi mümkün görünmür. Ermənistana birbaşa xarici investisiyalar region ölkələri üzrə ən aşağı göstəricilərdən biridir və son illərdə mədən və enerji sektorlarında cəmlənib. Az sayda iri operatorun üstünlük təşkil etdiyi mədən sənayesi xarici təsirlərə həssasdır. Hökumətin bu sahədəki araşdırmaları investorlar etibarını azaldır. Ekoloji problemlər “Amulsar” mədənindəki “Lydian International” kimi mədən şirkətlərinin fəaliyyətini məhdudlaşdırır. Azərbaycana ərazi iddiaları səbəbindən ölkə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tiblisi-Qars kimi bölgədəki böyük layihələrdən təcrid olunub.

Ermənistanın maliyyə hesabına dair proqnozlar qeyri-rezidentlərin depozitlərinin geri götürülməsini də nəzərə alır. Beləliklə, milli valyutaya təzyiq artmaqdadır. Gözlənilən devalvasiyanın yaradacağı inflyasiya Ermənistanda yoxsulluq səviyyəsini daha da artıra bilər. Bundan əlavə, balanslarda yüksək dollarlaşma bankları məzənnə ilə əlaqəli potensial kredit və likvidlik risklərinə məruz qoyur.

Üzən məzənnə rejimi ilə bağlı öhdəliyinə baxmayaraq, Ermənistan Mərkəzi Bankı mart və aprel aylarında dramın 5 faizdən çox dəyərdən düşməsinin qarşısını almaq üçün valyuta bazarına müdaxilə edib. Məhdud beynəlxalq valyuta ehtiyatları Mərkəzi Bankın valyuta bazarına müdaxilələrini məhdudlaşdırır. Avqustun sonunda beynəlxalq ehtiyatlar təxminən 2,7 milyard dollar olub. “Fitch” 2022-ci ildə xarici valyuta ehtiyatlarının cari əməliyyatlar hesabı üzrə ödənişləri 4 aya yaxın qarşılaya bilən həddə olacağını gözləyir ki, bu da yetərlilik limitinə çox yaxındır. Ehtiyatların yalnız kiçik bir hissəsi likvid aktivlərdir.

Ermənistanın rəsmi məlumatlarına görə, bu ilin yanvar-avqust aylarında xarici borc 4,7 faiz artaraq 2020-ci ilin sentyabrına qədər 6,1 milyard dollara çatıb. Borc mənbələri şaxələndirilməyib ki, bu da repatriasiya halında yaranan risklərini artırır. Kredit əsasən bir neçə xarici və beynəlxalq təşkilat tərəfindən verilib, ölkənin Beynəlxalq Valyuta Fondundan cəlb etdiyi və indiyədək demək olar ki, tamamilə xərclədiyi 2020-ci il üzrə büdcə dəstəyi, Avropa İttifaqı qrantı və Beynəlxalq Maliyyə İnstitutlarının layihələr üzrə maliyyəsindən ibarətdir. “Fitch” Ermənistanın xalis xarici borcunun ÜDM-ə nisbətinin 2019-cu ilin sonundakı 47,3 faizdən 2022-ci ilin sonunda 57,6 faizə çatacağını proqnozlaşdırır və bunun oxşar ölkələr qrupu üzrə 29,9 faiz təşkil edən median orta göstəricidən yüksək olduğunu bildirir. Cari il avqustun 31-nə Ermənistanın dövlət borcunun 76 faizdən çoxu xarici valyutadadır ki, bu da ölkəni məzənnə dəyişkənliyinə qarşı həssas edir.

Beləliklə, Ermənistanda ixrac sənayesində durğunluq, xaricdən pul baratlarının azalması, davam edən hərbi əməliyyatlar, səhiyyə böhranı və dayanıqsız pensiya sisteminin kombinasiyası xarici və fiskal dayanıqsızlığı artırır və əkiz kəsirləri genişləndirir. Bu da öz növbəsində məzənnə dəyişkənliyinə, xarici valyuta ehtiyatlarının azalmasına, yeni kreditlərin cəlb olunma xərclərinin artmasına, xarici borcun və faiz yükünün artmasına səbəb ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub