“ƏSA” teatrından möhtəşəm premyera – “Paris partladı”
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycanın ilk inklüziv “ƏSA” teatrı iyulun 7-də Akademik Opera və Balet Teatrında mövsümün son premyerasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, dövlət himni səsləndiriləndən sonra səhnəyə çıxan teatrın rəhbəri Nihad Qulamzadə tamaşa haqqında məlumat verib. Bildirib ki, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə hazırlanıb. Nihad Qulamzadə qeyd edib ki, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada dramaturqun ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşanı izləyəcəklər.
Sonra tamaşa nümayiş olunub.
Tamaşanın maliyyə dəstəkçisi Azərbaycan Gənclər Fondu, bədii rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, quruluşçu rəssamı Vüsal Rəhim, işıq rəssamı Binyamin Sailov, qrafik dizayner Vəfa Hacıoğlu, surdo (işarət dili) tərcüməçisi Nuranə Abıyevadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]
“Solğun çiçəklər” yenidən Şuşa Teatrında nümayiş ediləcək
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]