Əsas kapitala yönəldilmiş investisiyaların 53 faizi tikinti-quraşdırma işlərinə xərclənib
Bakı, 19 mart, AZƏRTAC
Yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş investisiyaların 1 milyard 298,4 milyon manatı və ya 53,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkədə 18,5 milyard manat məbləğində ümumi daxili məhsul üzrə əlavə dəyərin 3,9 faizi tikinti sahəsində istehsal edilib. Hesabat dövründə emal sektorunda tikinti materiallarının istehsalı 28,7 faiz artıb. Əsas kapitala yönəldilmiş investisiyanın 207,7 milyon manatı (8,5 faizi) yaşayış evlərinin tikintisinə, 15,8 faizi isə tikinti sahələrinə sərf edilib.
Martın 1-nə müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 6,5 faizi tikinti sahəsində məşğul olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:34]
Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]