Estoniya sakinlərinin yarıdan çoxu sərt karantin rejiminin tətbiqini dəstəkləyir
Tallin, 24 fevral, AZƏRTAC
Estoniya sakinlərinin 53 faizi ölkədə 2020-ci ilin yazında tətbiq edilmiş məhdudiyyətlərin yenidən tətbiq edilməli olduğunu hesab edir.
AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat “Norstat” sosioloji şirkətinin apardığı ictimai rəy sorğusunun nəticələrinə əsasən yayılıb.
Bildirilib ki, keçən ilin yazında tətbiq edilmiş sistemə uyğun məhdudiyyətlərin yenidən tətbiqini respondentlərin 53 faizi dəstəkləyib, 43 faizi əleyhinə olub, 5 faizi isə cavab verməkdə çətinlik çəkib.
Yaşı 50-dən yuxarı olan və Estoniya vətəndaşlarının yer aldığı respondentlər qrupunda sorğu iştirakçılarının yarıdan çoxu, yaşı 50-dən aşağı olan və qeyri-eston vətəndaşlarının yer aldığı respondentlər qrupunda isə iştirakçıların yarıdan azı bu cür karantin rejimini dəstəkləyib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]