Estoniyada koronavirusa yoluxanların sayı 1592 nəfərə çatıb
Tallinn, 23 aprel, AZƏRTAC
Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 33 nəfər artaraq 1592-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 45 min 181 nəfər müayinə olunub.
Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna 1551 nəfərdən götürülən analizin 33-nün nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 45 ölüm faktı qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” futbol klubunda kadr dəyişikliyi baş verib
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]