Estoniyalı təlimatçılar Britaniyada ukraynalı hərbçilərə təlim keçəcək
Bakı, 24 sentyabr, AZƏRTAC
Estoniya Silahlı Qüvvələrinin 30 nəfərlik təlimatçı qrupu Ukrayna hərbçilərinə təlim keçmək üçün bu həftə Böyük Britaniyaya yollanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya ordusunun mətbuat xidməti məlumat yayıb.
Təlimatçılar “Interflex” təlim missiyası çərçivəsində ukraynalı hərbçilərə əsas döyüş bacarıqlarını, o cümlədən silahdan istifadə qaydalarını, tibb və atış hazırlıqlarını öyrədəcək. Məşq dövrünün müddəti təxminən iki aydır.
Qeyd edək ki, Tallin 2024-cü ilin yanvarında Böyük Britaniyanın rəhbərliyi ilə ukraynalı hərbçilərə təlim keçən “Interflex” missiyasına qoşulub. Missiyada Estoniya ilə yanaşı, Şimali Avropa və Baltikyanı ölkələr, həmçinin Avstraliya, Yeni Zelandiya, Kanada və Kosovo da iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]