MƏDƏNİYYƏT
“Euronews” telekanalı Azərbaycanda Novruz bayramından geniş reportaj təqdim etmişdir VİDEO
Bakı, 26 mart (AZƏRTAC). “Euronews” telekanalı Azərbaycanda Novruz bayramından geniş reportaj təqdim etmişdir
AZƏRTAC xəbər verir ki, süjetdə Azərbaycanda Novruzun yazın ilk günündə qeyd olunduğu bildirilmişdir. Bu bahar bayramında küsənlər barışır, münaqişələrə son qoyulur.
Reportajda diqqətə çatdırılmışdır ki, Novruz alovu Atəşgahdan götürülür. Bu ibadətgah qədimdə zərdüştlüyün mərkəzlərindən biri olmuşdur. Od bu bayramın əsas rəmzlərindəndir. Qədimdən indiyədək baharın gəlişini təbiətin oyanışı kimi bayram edirlər.
Qeyd edilmişdir ki, Novruz bayramı ərəfəsində həm də idman yarışları keçirilir. Meydana toplaşan pəhləvanlar məharətlərini nümayiş etdirirlər.
Novruzda süfrələr şirniyyatlarla zəngin olur. Şəkərbura, paxlava, badambura, qoğal bayram xonçalarının bəzəyidir.
Bu bayramda fala da baxırlar. Xüsusən cavan qızlar üzük, su falları ilə gələcək talelərini öyrənməyə çalışırlar. Novruza ən çox sevinənlər isə uşaqlardır, axı bu bayram onlara bol sevinc bəxş edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]
Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub
- 03.05.2024 [14:22]
I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər
- 03.05.2024 [13:25]