Əzmkar qələbə qazanan qızlardan ibarət millimiz Avropa çempionatının finalında
Bakı, 23 iyul, AZƏRTAC
Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin Gürcüstan yığmasına qarşı yarımfinal görüşü baş tutub.
AZƏRTAC xəbər verir ki, U-16 qız yığmamız yarımfinal oyununda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geri dönüş edərək yekunda Gürcüstan yığmasına 74-72 hesabı ilə qalib gəlib.
Keçirdiyi bütün oyunları qalib tamamlamış U-16 qız millimiz, Avropa çempionatının finalına vəsiqə qazanıb. Finalda millimizin rəqibi Andorra seçməsi olacaq.
Oyun iyulun 23-də Bakı vaxtı ilə saat 21:30 -da baş tutacaq və FIBA -nın rəsmi yutub hesabından canlı yayımlanacaq.