FAO Əfqanıstanda on milyondan çox insana yardım edəcək
Bakı, 7 sentyabr, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu ilin sonuna qədər Əfqanıstanda on milyondan çox insana yardım etməyi planlaşdırdığını bildirib.
AZƏRTAC-ın məlumatına görə, FAO-nun Əfqanıstandakı nümayəndəsi Riçard Trençard “TOLOnews” telekanalına xüsusi müsahibəsində bildirib ki, onların fəaliyyəti fermerlərə qısamüddətli təcili yardım göstərmək, fermerlərin suya çıxış imkanlarını yaxşılaşdırmaq və onlara dolanışıq şəraiti yaratmağa kömək etmək məqsədi daşıyır.
FAO-nun statistikası göstərir ki, təşkilat keçən il Əfqanıstanda 18,6 milyondan çox insana yardım edib, həmin yardımların əksəriyyəti fermerlərin dəstəklənməsinə yönəldilib. Təşkilat Ümumdünya Ərzaq Proqramı və BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq edərək 600 kilometrlik kanal, 700-dən çox daşqına qarşı bənd inşa edib və çoxlu sayda su anbarı xəndəkləri qazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]