FAO torpaqların eroziyası ilə bağlı qlobal simpozium keçirəcək
Bakı, 8 may, AZƏRTAC
Mayın 15-dən 17-dək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romada yerləşən mənzil-qərargahında “Torpaqların eroziyasının qarşısını alaq, gələcəyimizi xilas edək” devizi altında torpaqların eroziyası (“GSER19”) üzrə qlobal simpozium təşkil olunacaq.
AZƏRTAC FAO-nun saytına istinadla xəbər verir ki, simpoziumun keçirilməsində əsas məqsəd torpağın eroziyası və onunla bağlı torpaq ehtiyatlarının idarə olunması sahəsində innovasiyaların vəziyyəti barədə yeni məlumatların təqdim edilməsi və müzakirəsi üçün ümumi platformanın yaradılmasıdır.
“GSER19” simpoziumu qarşısına ərzaq təhlükəsizliyinin, ekosistem xidmətlərinin gücləndirilməsi və yuyulmuş torpaqların bərpasının stimullaşdırılması üçün torpaqların eroziyasının azaldılması istiqamətində elmi və praktik göstəricilərin konkret fəaliyyət müstəvisinə çıxarılması məqsədini qoyur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]