Fələstin məsələsi ilə bağlı fövqəladə ərəb sammitində Qahirə Bəyannaməsi qəbul edilib
Qahirə, 5 mart, AZƏRTAC
Martın 4-də Qahirədə Ərəb Dövlətləri Liqasının Fələstin məsələsinə həsr olunmuş fövqəladə sammiti keçirilib.
AZƏRTAC “əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, sammitdə 22 ərəb dövlətinin dövlət başçıları, yüksəksəviyyəli nümayəndələri, XİN başçıları, eləcə də BMT-nin və İƏT-in Baş katibləri, Avropa Şurasının və Afrika İttifaqının prezidentləri iştirak ediblər.
Tədbirdə Qəzzanın bərpası ilə bağlı Misirin təklif etdiyi plan müzakirə olunub. Sammit Qahirə Bəyannaməsinin qəbulu ilə yekunlaşıb. Bəyannamədə regionda atəşkəsin əldə olunmasında, sülhün və sabitliyin bərpa edilməsində ABŞ-ın və qonşu dövlətlərin səyləri təqdir olunub, Fələstin hakimiyyətinin Qəzzanın idarəsi ilə bağlı təklifi qəbul edilib. Eləcə də bəyannamədə Fələstin və İsrail xalqlarının təhlükəsizliyini təmin edəcək beynəlxalq sülhməramlı qüvvələrin Qəzzaya və Qərb Sahilinə yerləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Bundan başqa, BMT ilə əməkdaşlıq şəraitində Qəzza ilə bağlı beynəlxalq fondun yaradılması təklifi təqdir edilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]