Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Qayıbov: Mart ayı gənclər və idman sahəsində hadisələrlə zəngin, fəaliyyətlə dolğun olub

Fərid Qayıbov: Mart ayı gənclər və idman sahəsində hadisələrlə zəngin, fəaliyyətlə dolğun olub

Bakı, 7 aprel, AZƏRTAC

Mart ayı gənclər və idman sahəsində hadisələrlə zəngin, fəaliyyətlə dolğun olub. Strateji istiqamətlərin müəyyən edilməsi, təsir alətlərinin gücləndirilməsi və institusional inkişaf, beynəlxalq əməkdaşlığın genişlənməsi istiqamətlərində addımlar atıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun qeydlərində əksini tapıb.

F.Qayıbov bildirib ki, martın 5-6-da 43 ölkədən 140 nümayəndənin iştirakı ilə Beynəlxalq Etnoidman Forumu baş tutdu. Forumun ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğanı qəbul etdi. İdmana - xalqları birləşdirən vasitəyə göstərdiyi diqqətin rəmzi kimi dövlətimizin başçısına beynəlxalq qurumun ali mükafatı təqdim edildi. Forum çərçivəsində Dünya Etnoidman Konfederasiyası ilə Gənclər və İdman Nazirliyi arasında ənənəvi idman növlərinin inkişafına dair anlaşma memorandumu imzalandı. Həmçinin bir neçə beynəlxalq təşkilat rəhbərləri və bir sıra ölkələrin idman nazirləri ilə görüşlər keçirdik.

Martın 17-də ölkə başçısı İlham Əliyevin 23 yaşadək güləşçilər arasında Bolqarıstanda keçirilmiş yeddinci Avropa çempionatının qaliblərini qəbul etdiyini bildirən nazir vurğulayıb: “Bu, təkcə güləşdə deyil, idmanın bütün növlərində nəticəyə köklənmiş fəaliyyətin gücləndirilməsinə təsir edən bir görüş oldu. İdmançılar üçün güclü motivasiya olan bu qəbuldan sonra böyüklərdən ibarət komandamız da yüksək nəticə əldə etdi. Tarixində ilk dəfə olaraq həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komandalarımız eyni çempionatın ən yaxşısı oldular. Sözsüz ki, hər bir uğurun arxasında çətin məşqlər, əziyyət, zəhmət dayanır. Qitənin 37 ölkəsinin təmsil olunduğu çempionatda uğur qazanan hər iki komandamızın ən yaxşı olmasına yalnız sevinməliyik. Çünki qitənin ən güclüsü bizim ölkədir, bizim ölkə birincidir! Bu nailiyyətə görə idmançılarımızı və məşqçilərimizi bir daha təbrik edir və möhtəşəm qələbəyə görə təşəkkür edirəm”.

F.Qayıbov qeyd edib: “Qələbələr sırasında Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilmiş Avropa çempionatında komandamızın uğurlu çıxışını da vurğulamalıyıq. Martın 30-da nazirlikdə komandamızla görüşdük və onları təbrik edib, yeni uğurlar arzuladıq. İdmançıların uğur qazanmasında federasiyaların peşəkar idarə edilməsi də mühüm rol oynayır. Bu ay nazirliyin Kollegiya qərarı ilə daha 6 federasiyanın statusu təsdiq edildi və belə federasiyaların sayı 17-yə çatdı. On dörd federasiyanın statusu dayandırıldı və belə federasiyaların sayı 19 oldu. Təkmilləşdirmə siyasətinin davamlı olması üçün bütün federasiyaların statusuna baxılma prosesi davam etdirilir”.

İdmanda nailiyyətlərin idmançıların sağlamlığı ilə sıx əlaqəli olduğunu vurğulayan nazir bildirib: “Martın 16-da Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda çalışan mütəxəssislərlə görüşdə burada yaradılmış şərait, gələcək fəaliyyət müzakirə edildi. Bu mərkəz idmançılarımızın sağlamlığının daimi yoxlanması, zədələrin qarşısının alınması, zədə sonrası bərpa prosesi və idmançıların nəticələrinin yaxşılaşdırılması istiqamətində diaqnostik qiymətləndirmənin aparılması üzərində çalışır. İnklüziv cəmiyyətin əyani nümayişi kimi martın 31-də Bakı Olimpiya Stadionunda əlil futbolçular arasında keçirilən “Qarabağ” - “Abşeron” yoldaşlıq görüşünü izlədik. Həmin gün “Limak Fitness Park”da fitnes zalının fəaliyyəti ilə tanış olduq, burada məşq edən gənclərlə söhbət etdik. Gənclərin sağlamlığı və zərərli vərdişlərdən uzaqlaşmasında fitnes zallarının rolunu qeyd etmək lazımdır”.

Nazir deyib: “Martın 11-də Tovuz şəhərində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşların qəbulu keçirildi. Həmin gün Tovuz şəhərində “Gənclər Paytaxtı”nın açılış mərasimində də iştirak etdik. Tovuz Gənclər Evində baş tutan tədbirdə “Gənclər Paytaxtı”nda 2022-ci il ərzində keçiriləcək çoxsaylı tədbirlər haqqında məlumat verildi. Əminəm ki, Tovuzda il ərzində gənclər sahəsində keçiriləcək tədbirlər region gənclərinin inkişafı üçün yeni imkanlar yaradacaq. Gəncə şəhəri, Ağstafa, Goranboy, Göygöl, Qazax, Tovuz, Ucar və Şəmkir rayonlarında Gənclər Evləri, Olimpiya İdman kompleksləri və digər infrastruktur ilə tanış olduq. Müəssisələrin daha səmərəli işləməsi üçün potensial imkanlar və qarşıya çıxan maneələr müzakirə edildi. Səfər çərçivəsində ənənəyə uyğun olaraq, region gəncləri ilə də görüşdük. Gənclərin iştirakçılığının artırılması, zərərli vərdişlərdən qorunması, asudə vaxtın səmərəli təşkili, məşğulluğu, təşəbbüslərin dəstəklənməsi, mövcud imkanlardan istifadəsi və digər məsələlər barədə gənclərin fikirlərini öyrəndik və faydalı müzakirələr apardıq”.

F.Qayıbov qeyd edib ki, martın 26-da Parisdə, UNESCO-nun Baş direktorunun müavini Qabriela Ramos ilə görüşdüm. UNESCO-nun “Gənclər COVID-19-un tədqiqatçıları kimi” adlı yüksək səviyyəli siyasi konfransda iştirak etdim. Ötən ay Gənclər və İdman Nazirliyinin yeni loqosu və brendinqinin təqdimatı keçirildi. İctimaiyyətdən çox sayda fərqli rəylər almaqdan məmnun olduq. Baharın gəlişi ilə əlamətdar olan mart ayı uğurlar və yeniliklərlə zəngin oldu. İnanırıq ki, bütün bunlar qarşıdakı aylarda da uğura doğru inamla addımlamağa əsas yaradacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB VİDEO