Fərid Qayıbov Şabranda vətəndaşları qəbul edib
Bakı, 7 sentyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 6-da Şabran və Xaçmaz rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan öncə Şabran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Şabran şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.