“Ferrari” komandası Fioranoda dördgünlük test yürüşlərinə başlayıb
Bakı, 25 yanvar, AZƏRTAC
Bu gün “Ferrari” komandası Fioranoda dördgünlük test yürüşlərinə başlayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, komandanın ötən il Formula 1 üzrə dünya çempionatında istifadə etdiyi “SF21” bolidini üç pilot - Karlos Sayns, Çarlz Lekler və “Scuderia”nın sınaq sürücü Robert Şvartsman idarə edəcək.
Trasda ilk sınaqlara rusiyalı sürücü - Robert Şvartsman başlayacaq. Daha sonra Çarlz Lekler və Karlos Sayns testlərdən keçəcəklər.
“Ferrari” ənənəvi olaraq illərdir ki, Fioranoda sürücüləri və mühəndisləri sınaqdan keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]