Fevralın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, axşama doğru 5°-dək şaxta olacaqdır.
Bakıda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır. Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı, duman olacağı gözlənilir.
Temperaturun gecə 6-11° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 4-9° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 7-12° şaxta, gündüz 2-7° şaxta, dağlarda gecə 15-20° şaxta, gündüz 7-10° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 4-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperaturun gecə 3-6° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 15-20° şaxta, gündüz 3-7° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.