Fevralın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
fevralın 10-dan 11-nə keçən gecə və səhər güclü küləkli, şaxtalı və covğunlu hava şəraitinin davam edəcəyi, fasilələrlə az qar yağacağı gözlənilir.
Temperatur gecə və səhər 3-7° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Axşama doğru 5°-dək şaxta olacaqdır.
Bakıda gecə 5-7° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunundan 774 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 7-12° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Fevralın 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 7-12° şaxta, gündüz 1-6° şaxta, dağlarda gecə 15-20° şaxta, gündüz 7-10° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
fasilələrlə qar yağacağı gözlənilir.
Temperatur gecə 4-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir qar yağacağı gözlənilir. Fevralın 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 3-6° şaxta, gündüz 0-2° şaxta, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.