Fevralın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Fevralın 11-dən 12-nə keçən gecə fasilələrlə az qar yağacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2-6° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti, Bakıda gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 2° -dək isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 776 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaqdır.
Yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında
əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 12-17° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturu gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və axşam bəzi şərq rayonlarında az qar yağacağı ehtimalı var. Arabir duman olacaqdır.
Temperatur gecə 8-12° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var.
Temperatur gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Dağlarda duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-2° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-5° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.