Fevralın 13-də Azərbaycan ərazisində hava şəraiti
haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gün ərzində havaların əsasən yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimalı vardır. Temperatur gecə 0-3° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 775 millimetr civə sütunundan 771 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-55 faiz olacaqdır.
Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 6-11° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 12-17° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturu gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 7-12° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 14-19° şaxta, gündüz 4-9° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz olacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Gecə və gündüz yollar buz bağlayacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Dağlarda duman olacaqdır.
Temperatur gecə 0-4° şaxta, gündüz 2-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.