Fevralın 13-ü Şimali Makedoniyada matəm elan olunub
Belqrad, 13 fevral, AZƏRTAC
Türkiyədə və Suriyada dağıdıcı zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar fevralın 13-ü Şimali Makedoniyada matəm elan edilib.
AZƏRTAC xəbər verir ki, bunu Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski deyib.
“Türkiyə və Suriyanın sərhəd bölgəsində baş vermiş dağıdıcı zəlzələlərdə həlak olanların xatirəsini anmaq üçün fevralın 13-nü matəm günü elan etdik. Şimali Makedoniya vətəndaşları sevdikləri və ailələri ilə dualar edir. Bütün vətəndaşlarımız həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz ölkə və xalq olaraq əziyyət çəkənlərə və hər şeyini itirmiş insanlara kömək etməyə, həmrəy və dəstək olmağa davam edəcəyik”, - deyə Baş nazir qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]