Fevralın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
fevralın 13-dən 14-nə keçən gecə yarımadanın bəzi yerlərində
az yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti,
olacaqdır.
Bakıda gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 771 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-55 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 9-14° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 7-12° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi qıraq qərb rayonlarında az yağıntılı olacağı ehtimalı vardır. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 4-9° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır.
Tibbi-meteoroloji proqnoz
Son 2 həftə ərzində Azərbaycan ərazisi, o cümlədən Abşeron yarımadası Sibir antisiklonunun təsiri altında olduğundan insanlar yüksək atmosfer təzyiqinə uyğunlaşmışdırlar. Lakin fevralın 14-dən 16-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi və normadan aşağı düşməsi nəticəsində meteohəssas insanlar üçün əlverişsiz şərait yaranacaqdır. Bununla yanaşı kəskin soyuqlardan sonra temperaturun tədricən yüksəlməsini müsbət amil kimi qiymətləndirmək olar.