Fevralın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 0-3° isti, gündüz 5-8° isti olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 752 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, bəzi yerlərdə 7° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-6° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15° şaxta olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 1-3° isti, gündüz 4-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaqdır.