Fevralın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır.
Temperatur gecə 0-3° isti, gündüz 4-6° isti olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacağı gözlənilir
Atmosfer təzyiqi normadan aşağı 752 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacağı, gecə və səhər zəif qar yağacağı gözlənilir.
Temperaturun gecə 6-11° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 3° şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə zəif qar yağacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi rayonlarda az qar yağacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-8° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 8-10° şaxta, gündüz 0-3° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-7° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 1-3° isti, gündüz 4-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Fevralın 17-18-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Fevralın 19-da atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda soyuq və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.