Fevralın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin, gecəyə doğru isə yağıntı olacağı ehtimalı vardır.
Temperatur gecə 1-3°, gündüz 4-8° isti olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir
Atmosfer təzyiqi 753 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərində az yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gecə 4-9° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
qar yağacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-6° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
qar yağacağı ehtimalı vardır.
Temperatur gecə 3-8° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 8-11° şaxta, gündüz 0-3° şaxta olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
yağıntılı olacağı ehtimalı vardır.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-8° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
yağıntılı olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 1-3° isti, gündüz 4-8° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.