Fevralın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gündüz saatlarında hava şəraitinin qısa müddətə mülayimləşəcəyi, temperaturun müsbət 3-6° təşkil edəcəyi gözlənilir. Axşam temperaturun 0°-yə yaxınlaşacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Bakıda 0°-yə yaxın, gündüz 3-5° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi təzyiqi norma daxilində 761 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaqdır. Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
günün ikinci yarısından başlayaraq yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
əsasən gecə və axşam qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
günün ikinci yarısından başlayaraq yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-4° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
fasilələrlə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-6° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın axşama doğru yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-4° şaxta, gündüz 2-6° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-2° şaxta, gündüz 2-6° isti,
dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Xəbərdarlıq
Fevralın 1-dən 2-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən kəskinləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, fasilələrlə qar yağacağı, temperaturun mənfi 3°-dək aşağı enəcəyi gözlənilir. Yollar buz bağlayacaqdır.