Fevralın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
arabir qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-2° şaxta, gündüz 1-3° isti olacaqdır.
Bakıda gecə 0-2° şaxta, gündüz 0-2° olacağı gözlənilir.
Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 775 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 5-10° şaxta, gündüz 0°-5° şaxta olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
Yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 0-4° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 4-8°, gündüz 0°- 4° şaxta, dağlarda gecə 8-13° şaxta, gündüz 4-8° şaxta olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
Arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-3° şaxta, gündüz 0-4° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
yağıntılı olacağı, sulu qar, qar yağaca, bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-2° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.