Fevralın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər yarımadanın bəzi yerlərində duman olacaqdır.
Temperaturun gecə 1-5° isti, gündüz 11-16° isti, Bakıda gecə 3-5° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rürubət gecə 70-80, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 3-8° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən,Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 4-9° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba,Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik,Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 1-5° isti, gündüz 14-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Fevralın 28-29-da Abşeron yarımadasında mülayim temperatur şəraiti müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.