Fevralın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaqdır. Temperaturun gecə 2-6° isti, gündüz 11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 748 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən,Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər zəif duman olacaqdır.
Temperaturun gecə 1-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 4-9° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax,Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 2-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik,Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 1-6° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.