Fevralın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Gecə bəzi yerlərdə az qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 5-8° şaxta, gündüz 0°-yə yaxın olacaqdır.
Bakıda gecə 5-7° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 780 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 85-95 faiz olacaqdır. Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 8-13° şaxta, gündüz 3° şaxtadan müsbət 2° -dək olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaqdır. Temperaturun gecə 13-18° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 5-10° şaxta, gündüz 3° şaxtadan müsbət 2° -dək olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaqdır . Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 23-28° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 1-6° şaxta, gündüz 2° şaxtadan müsbət 3° -dək olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 2° şaxtadan müsbət 3° -dək, dağlarda gecə 10-15° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.