Fevralın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər bəzi yerlərdə zəif duman olacaqdır. Hava gün ərzində əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 5-8° şaxta, gündüz 0°-yə yaxın olacaqdır.
Bakıda gecə 5-7° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 780 millimetr civə sütunundan 775 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaqdır. Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 13-18° şaxta, gündüz 1° şaxtadan müsbət 4° -dək olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 14-19° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8° şaxta, gündüz 1° şaxtadan müsbət 4° -dək olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Gündüz hava əsasən əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə az qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-4° şaxta, dağlarda gecə 15-20° şaxta, gündüz 5-8° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-7° şaxta, gündüz müsbət 0-4° olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Gecə və səhər bəzi yerlərdə az qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 2-5° şaxta, gündüz müsbət 0-3°, dağlarda gecə 13-18° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.