Fevralın 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Səhər və axşam bəzi yerlərdə zəif qar yağacağı gözlənilir.
Temperatur gecə 4-8° şaxta, gündüz 1-3° isti olacaqdır.
Bakıda gecə 5-7° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 774 millimetr civə sütunundan 771 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaqdır. Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən axşam saatlarında zəif qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 13-18° şaxta, gündüz 1° şaxtadan müsbət 4°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
fasilələrlə zəif qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən axşam və gecə zəif qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
fasilələrlə qar yağacağı gözlənilir, arabir duman olacaqdır.
Temperatur gecə 7-12° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20° şaxta, gündüz 5-8° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən axşam və gecə zəif qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-4° şaxta, gündüz 2-5° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
fasilələrlə qar yağacağı gözlənilir, dağlarda duman olacaqdır. Temperaturun gecə 2-5° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 11-16° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.