Fevralın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
arabir qar yağacağı gözlənilir. Axşama doğru küləyin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı vardır.
Temperatur gecə və gündüz 0-3° şaxta, axşama doğru 5° şaxta olacaqdır.
Bakıda gecə və gündüz 0-3° şaxta, axşama doğru 5° şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan xeyli yüksək 773 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz olacaqdır. Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
qar yağacağı gözlənilir.
Temperaturun gecə 13-18° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 10-15° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
qar yağacağı gözlənilir.
Temperaturun gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-
Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 7-12° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 16-21° şaxta, gündüz 5-10° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir,
İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı
rayonlarında
qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-2° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Kəskin hava şəraiti haqqında
XƏBƏRDARLIQ
Fevralın 7-də hava şəraitinin yenidən qarlı, şaxtalı olacağı, şimal-qərb küləyinin güclənəcəyi, fevralın 8-də hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı, çovğunlu olacağı gözlənilir.
Fevralın 7-dən 8-nə, 8-dən 9-na keçən gecə və səhər erkən saatlarında 6-10° şaxta, gündüz 3-5° şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaqdır. Azərbaycanın rayonlarında fevralın 7-si axşam yağıntıların bəzi yerlərdə intensivləşəcəyi, 8-də güclü olacağı ehtimalı vardır. Şaxtanın yenidən güclənəcəyi, aran rayonlarında gecə 4-7° şaxta, gündüz 0-4° şaxta, dağlarda gecə 13-18° şaxta, gündüz 8-13° şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Tibbi-meteoroloji proqnoz
Fevralın 7-dən 9-u səhərədək Abşeron yarımadasında hava şəraitinin yenidən kəskinləşəcəyi gözlənilir.
Güclü xəzri küləyi fonunda qarlı, bərk şaxtalı, çovğunlu meteoroloji şərait meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.