Fevralın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı olacağı, şimal-qərb küləyinin şiddətlənəcəyi, arabir qar yağacağı, çovğun olacağı gözlənilir.
Temperatur gecə 6-10° şaxta, gündüz 3-5° şaxta olacaqdır.
Bakıda gecə 6-8° şaxta, gündüz 3-5° şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır. Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 13-18°, bəzi yerlərdə 20°-dək şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperaturun gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 7-12° şaxta, gündüz 1-6° şaxta, dağlarda gecə 15-20° şaxta, gündüz 7-12° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 4-8° şaxta, gündüz 0-4° şaxta olacaqdır. Yollar buz bağlayacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperaturun gecə və gündüz 1-5° şaxta, dağlarda gecə 7-12° şaxta, gündüz 5-7° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Kəskin hava şəraiti haqqında
XƏBƏRDARLIQ
Fevralın 9-u gündüzədək kəskin hava şəraitinin davam edəcəyi, qarlı, şaxtalı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, çovğun olacağı gözlənilir.
Havanın minimal temperaturunun 6-10° şaxta, gündüz 3-5° şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaqdır.