FHN güclü küləklə əlaqədar vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb
Bakı, 27 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar vətəndaşlara müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.
Güclü küləyin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:
“Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, belə hava şəraitində baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaranan çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
“Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə nazirliyin əhaliyə müraciətində qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [11:03]
Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib
- 08.10.2026 [10:33]
Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO
- 08.10.2026 [10:16]
Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]