FHN-in rəhbərliyi İsmayıllı, Qobustan və Ağsu rayonlarında vətəndaşların qəbulunu keçirəcək
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov fevralın 29-da saat 11:00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində rayon sakinlərinin və İsmayıllı rayonunda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirəcək.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbula gələn vətəndaşların qeydiyyatı fevralın 28-də saat 09:00-da Heydər Əliyev Mərkəzinin binasında başlayacaq.
Fevralın 28-də saat 11:00-da Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov Qobustan şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Qobustan rayonunun sakinlərini və burada məskunlaşmış məcburi köçkünləri qəbul edəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı həmin gün saat 09:00-da Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında aparılacaq.
Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev isə fevralın 28-də saat 11:00-da Ağsu şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin binasında Ağsu rayon sakinlərini və həmin rayonda məskunlaşmış məcburi köçkünləri qəbul edəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı fevralın 28-də saat 09:00-da Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiqləyən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 12 512-01-14, e-mail: [email protected].