Kürdəxanıda tikinti materialları olan ərazidə baş verən yanğın söndürülüb – YENİLƏNİB
Bakı, 20 avqust, AZƏRTAC
Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində, yol kənarında tikinti materialları olan ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
18:45
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materiallarının yanması barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [17:32]
Balıqçılıq sahəsinə nəzarət gücləndirilib, ixracda artım qeydə alınıb
- 20.08.2026 [17:22]