CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 51 halda yanğına çıxış əməliyyatları həyata keçirilib VİDEO
Bakı, 25 may, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 51 halda yanğına çıxış, 3 nəqliyyat qəzası və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib, 5 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.