FIBA Çempionlar Liqası: Azərbaycan klublarının rəqibləri bəlli olub
Bakı, 8 iyul, AZƏRTAC
FIBA Çempionlar Liqasında təsnifat mərhələsinin və müntəzəm mövsümün püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Mi şəhərində yerləşən Patrik Baumann Basketbol Evində təşkil olunan tədbirdə Azərbaycanın “Landau Lions” və “Sabah” komandalarının rəqibləri müəyyənləşib.
Mübarizəyə təsnifat mərhələsindən başlayacaq “Landau Lions” səfərdə Latviyanın "Riqa" klubu ilə qarşılaşacaq. Qalib komanda növbəti raunda adlayacaq. Məğlub tərəf isə Avropa Kubokunun qrup mərhələsində iştirak hüququ qazanacaq.
Müntəzəm mövsümdən yarışa qoşulacaq “Sabah” isə Türkiyənin “Trabzonspor”, Fransanın “Nanter” və Litvanın “Ritas” kollektivləri ilə birgə A qrupunda yer alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:29]
“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]