FİFA DÜNYA FUTBOL ÇEMPİONATININ OYUNLARINDA SİQARET ÇƏKMƏMƏYƏ CAĞIRMIŞDIR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, FİFA və bu yay Almaniyada keçiriləcək dünya futbol çempionatının Təşkilat komitəsi azarkeşləri oyunlar zamanı siqaret çəkməməyə çağırmışlar. FİFA-nın baş katibi Urs Linsi Almaniyanın səhiyyə naziri Ulle Şmidtə məktub göndərərək, bu məsələdə yardımçı olmasını xahiş etmişdir.
Lakin stadionlarda siqaret çəkilməsinə rəsmi qadağa qoyulmayacaqdır. Əsas diqqət azarkeşlərin könüllü olaraq bu zərərli vərdişi tərgitməsinə yönəldiləcəkdir.
AFR yığmasının kapitanı Mixael Ballakın da dəstəklədiyi bu aksiya oyunların keçiriləcəyi 12 stadionda plakatlar və vərəqələr vasitəsilə təbliğ ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” futbol klubunda kadr dəyişikliyi baş verib
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]