FIFA qadın futbolunda iki yeni illik mükafat təsis edib
Bakı, 7 may, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) rəsmi saytında verilən məlumata görə, Federasiya qadın futbolunda iki yeni illik mükafat təsis edib.
AZƏRTAC xəbər verir ki, 2019-cu ildən başlayaraq, FIFA-nın illik mükafatlarının təqdim edilməsi mərasimində iki yeni nominasiya yaranacaq: FIFA-nın və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının (FIFPro) versiyası üzrə “İlin ən yaxşı qadın qapıçısı” və “İlin ən yaxşı 11 qadın futbolçusundan ibarət simvolik yığma”.
FIFA-nın illik mükafatlarının təqdim edilməsi mərasimi 2019-cu il sentyabrın 23-də Milanda, “La Skala” teatrının binasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]