Filippində “Maring” tropik qasırğası nəticəsində 19 nəfər həyatını itirib
Tokio, 14 oktyabr, AZƏRTAC
Filippinin Luson adasının şimalında tüğyan edən “Maring” tropik qasırğası nəticəsində həyatını itirənlərin sayı 19 nəfərə çatıb, 13 nəfərin isə itkin düşdüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Fəlakət Risklərinin Azaldılması və İdarə edilməsi üzrə Dövlət Şurası (NDRRMC) oktyabrın 14-də məlumat yayıb. Şuradan bildiriblər ki, hazırda Kaqayan və Benqet əyalətlərində daha 11 nəfərin həlak olması və bir nəfərin itkin düşməsi barədə məlumat araşdırılır.
Qeyd edək ki, əraziyə güclü külək, daşqınlar və torpaq sürüşmələri gətirən “Maring” qasırğası buranı bir gün əvvəl tərk edib. Xüsusən Benqet əyalətində güclü yağışlar səbəbindən torpaq sürüşmələrinin baş verdiyi, geniş ərazilərin daşqınlardan ziyan çəkdiyi qeyd edilir.
Hazırda tropik qasırğa Filippin ərazisini tərk etsə də, sinoptiklər yağışların davam edəcəyi barədə xəbərdarlıq ediblər.
Qasırğanın Kaqayan vadisində yerləşən əyalətlərə 66 milyon funt sterlinqdən çox ziyan vurduğu, 325 evin ciddi xəsarət aldığı da qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]