Finlandiya aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib

Bakı, 18 aprel, AZƏRTAC
Finlandiyanın “Finnair” aviaşirkətinə məxsus Banqkok-Helsinki marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-a bildirilib ki, buna sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəb olub.
“Airbus A350” tipli təyyarə yerli vaxtla saat 12:06-da Bakı hava limanına uğurla eniş edib. Hava gəmisinə dərhal tibbi xidmət əməkdaşları yönləndirilib. Sərnişinə yerində ilkin tibbi yardım göstərilib və vəziyyəti qiymətləndirildikdən sonra, o təxirəsalınmadan paytaxtın tibb müəssisələrindən birinə təxliyə olunub.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini prioritet sayaraq, bu kimi fövqəladə hallara cavab vermək üçün daim yüksək hazırlıq vəziyyətindədir. Hava limanında mütəmadi olaraq əməliyyat təlimləri və təhlükəsizlik ssenariləri üzrə simulyasiyalar həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [15:37]
Bu ilin dörd ayında Azərbaycanı 735 mindən çox qonaq ziyarət edib
- 19.05.2025 [13:44]
® “Azercell” rəsmi olaraq “Əla iş yeri” kimi tanınıb
- 19.05.2025 [10:59]
Əqli Mülkiyyət Agentliyi IT sistemlərini “Hökumət buludu”na köçürüb
- 19.05.2025 [10:36]
Mərkəzi Bank “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verib
- 19.05.2025 [10:24]
Dünya bazarında qızıl 40 dollardan çox bahalaşıb
- 19.05.2025 [10:21]
Dünya birjalarında neft ucuzlaşıb
- 17.05.2025 [20:20]