Folklor İnstitutu Kərkük Kültür Dərnəyi ilə əməkdaşlığa başlayır
Bakı, 28 oktyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunda Kərkük Kültür Dərnəyinin rəhbəri, İraq-Türkman Jurnalistlər Birliyinin sədri tanınmış tədqiqatçı və yazar Şəmsəddin Kuzəçi ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkənin folklorşünas alimləri arasında birgə tədqiqatların aparılmasını təmin etmək məqsədilə əməkdaşlığın əhəmiyyətindən söz açılıb. Qarşılıqlı elmi-mədəni əməkdaşlığın yaradılması və möhkəmləndirilməsi, İraq-Türkman folklorunun toplanması, nəşri və tədqiqi istiqamətində birgə fəaliyyət üçün yeni imkanların yaradılması məqsədilə Folklor İnstitutu ilə Kərkük Kültür Dərnəyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni institutun baş direktoru akademik Muxtar Kazımoğlu-İmanov və Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi imzalayıblar.
Görüşün sonunda Şəmsəddin Kuzəçi Folklor İnstitutuna kitablarını hədiyyə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]