Azərbaycan Dövlət İnformasiya Agentliyi

Folklorşünas alim: Yel çərşənbəsi təbiətin həyatverici gücüdür

Folklorşünas alim: Yel çərşənbəsi təbiətin həyatverici gücüdür

Bakı, 12 mart, AZƏRTAC

Bu gün Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsidir. Yel çərşənbəsi xalq arasında “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Küləkli çərşənbə”, Muğan zonasının bir sıra kəndlərində isə “Heydər çərşənbə” adları ilə tanınır.

AZƏRTAC AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin Yel çərşənbəsi haqqında qeydlərini təqdim edir.

Tədqiqatçıların ilaxır çərşənbələrin üçüncüsü hesab etdikləri Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır. Bu çərşənbənin səciyyəvi xüsusiyyətlərindən mərhum professor Azad Nəbiyev belə söhbət açırdı: “Əski etiqadlara görə, bu çərşənbədə oyanan yel, külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr yelin özünün təmizlənməsi kimi qəbul edilir.

Əski etiqadlara görə, torpaq altda – “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq əvvəlcə təmizlənir, sonra isə müxtəlif libaslarda özünü göstərir. Libasların adı ilə onların özünün xarakteri arasında da bir oxşarlıq nəzərə çarpır. Burada rənglərin mifik deyimi xüsusi məna daşıyır. Belə ki, türk mifologiyasında Ağ yel – ağ libasda, Qara yel – qara libasda, Xəzri – göy libasda, Gilavar – qırmızı libasda təsəvvür edilir”.

Göründüyü kimi, küləyin gün ərzində bir neçə dəfə dəyişməsi, isti və soyuq şəkillərə düşməsi və s. əslində onun kəşfiyyata çıxmış obrazını – suyu, odu, həmçinin torpağı hərəkətə gətirmək kimi misilsiz gücünü ifadə edir. Təbiətdə əsən yelin gücü ilə külək enerjisinin alınması faktı da bir daha yelin (havanın) dörd yaradılış elementindən biri olmaqla, həm də onun enerji – istilik, güc mənbəyi olduğunu göstərir. Mifik məzmunun real həyati çalarda təzahürünü ortaya qoyur. Küləklərin mifik rəng göstəricilərində ifadə olunması isə yelin, küləyin (havanın) mahiyyətində dayanan kosmos (Ağ yel) və antikosmos (Qara yel) qoşalığının olmasından xəbər verir. Qara libasda olan Qara yel və ağ libasda Ağ yel qarşıdurmasında biri qışı və digəri yazı (Novruzu) təmsil etməklə bunların hər ikisi arasında gedən mübarizəni təcəssüm etdirir. Od çərşənbəsindəki od (ünsürü) dünyanı yandırmadığı kimi, məhv etmədiyi kimi, Yel çərşənbəsində də yel öz dağıdıcı qasırğasını bir kənara qoyub, xeyirxahlıq iradəsini (yaradıcılıq missiyasını) diktə etdirir. Bununla da xaosdan çıxış missiyasını ifadə edən mərasimi keyfiyyətini təbii proses kimi reallaşdırır.

Azərbaycan mifoloji mətnlərində yelin xeyirxah obrazına nümunələr çoxdur. Bu mətnlərə görə, dünyada küləyin ixtiyarı Yel babanın əlindədir. Xırman sovuranda camaat Yel babanı köməyə çağırıb deyər: Yel baba, gəl, atına saman apar. Yel baba da gəlib xırmanı sovurar. Dən qalar adamlara, samanı da Yel baba aparar öz atına.

Küləyin (havanın) antropomorflaşmış obrazı olan Yel babanın burada insanlara himayədarlığı – taxılını sovurub dəni adamlara verməsi ilə maddi yardımçı olması göstərilir. Dən – taxıl yaşayış stimulu verən ərzağı, insanlara acından ölməmək üçün qida, ruzi ilə təmin etmək gücü verir. Bu gücü isə yel, külək (hava) – Yel baba bəxş edir. Bu da acından ölməkdə olan və xilası, yeni həyat tapması üçün haraya çağırılan hava ünsürünün (Yel babanın) yaradıcı gücünü ifadə edir. Su, od və torpaqla yanaşı, dördüncü yaradıcı element kimi havanın (yelin, küləyin) varlığını özündə inikas edir. Bu, həm də qış azuqəsinin tükəndiyi bir məqama təsadüf etməklə həyat, yaşayış üçün zəruri olan ərzaq amilinin təmin olunmasında Yel babanın (yelin, havanın) mühüm rol oynayacağına inamı əks etdirir. Xalqımızın Yel baba ilə əlaqəli söylədiyi inanc nümunələrində də onun bu kimi əlamətlərinə işarələr əks olunur:

* Yel baba xırmana gəlməmişdən öncə oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər.

* Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar.

* Taxıl sovrulanda Yel baba əsib işə mane olsa, ələyin, ya da xəlbirin üstünü bərk-bərk bağlayarlar, onda Yel baba insafa gəlib yavaş əsər.

* Taxıl döyüləndə yel boğanağı qalxarsa, qızlar: – gəlmə, gəlmə, sənə gedərəm, – deyərlər.

Bu tipli inanclarda yelin taxılla – ərzaqla bağlı mühüm funksiyasının olduğu diqqətə çatdırılır, yaşayış, dirilik üçün zəruri olan qida (çörək) bolluğunda yelin köməyinə ehtiyac duyulduğu ifadə olunur. Yel babadan icazəsiz (Yel baba gəlməmiş) taxıl (sovrulmamış buğda) götürənin oğlunun öləcəyinə (ölüm hadisəsi) inamla Yel babanın xeyir-duası ilə (xırman sovrulandan sonra) buğda götürənin oğlunun olması (doğulma – dirilik tapma aktı) inancı arasında görünən ziddiyyətli fərqlər də birbaşa onu göstərir ki, yel özlüyündə ikili təbiəti (xaosu və kosmosu) təmsil edir. Yelin güclü əsib işə mane olması ilə (yenə xaosu təmsil etməsi) Yel babanın insafa gəlib yavaş əsməsi (burada isə kosmos yaradıcılığına xidmət göstərməsi) arasındakı qarşıdurma da yelin ikili təbiətini xarakterizə edir. Həmçinin taxıl döyülən – sovrulan zaman qalxan yel boğanağına (güclü külək əsməsinə – dağıdıcılıq gücünə) rəğmən qızların onun könlünü alıb: gəlmə, gəlmə (yəni boğanaq dolu nəfəsinlə – külək qasırğası ilə bizə tərəf əsmə) deyib, bunun müqabilində – əsməyəcəyi halda “sənə gedərəm” (sənə ərə gələrəm) deyə vəd etmələri də yel ruhunu razı salmaqla – Yel babanın könlünü xoş etməklə həm də yel (hava) ilə insanların birbaşa kontakta girməsini əks etdirir. Bu cür inamlar insanların yel (hava) ünsürünün dağıdıcı, məhvedici xislətinin yumşaldılıb yeni həyat nəfəsi bəxş etməyə yönləndirilməsinə olan mifik baxışlarının göstəricisidir. “Yeli əsdirəni söyməzlər” tabu – inancı da elə birbaşa yel tanrısının – yel ruhunun müqəddəsliyi anlamını özündə ehtiva etməklə yelin gücünə (dağıdıcılıq və yaradıcılıq – quruculuq gücünə) olan inamın təsdiqi təzahürüdür.

Qeyd edim ki, xalqımızın yelə inancını əks etdirən bir sıra folklor örnəkləri mövcuddur. Hətta soydaşlarımızın yaşadığı Gürcüstandakı Bolnisi rayonunun Kəpənəkçi kəndi yaxınlığında Yel dağı adlı ziyarətgah var. Müqəddəs sayılan Yel dağına ürəklərində arzu, dilək tutub nəzir-niyaz edir, qurban gətirib kəsirlər. Yaxın ərazidə yaşayan qonşu xalqların əhalisindən də bura gələnlər olur. İnanırlar ki, Yel dağı (insaniləşmiş Yel baba obrazı) kimin nəzirini, qurbanını qəbul edərsə, həmin şəxs arzusuna çatacaq. Yel dağına nəzir gətirilməsi, qurban deyilməsi, and içilməsi bir daha təsdiq edir ki, xalqımızın yelin, küləyin (havanın) yaradıcı gücünə, ilahi bəxşedicilik missiyasına inamı mifik çağlardan qaynaqlanır.

İlaxır çərşənbələrinin hamısında olduğu kimi, Yel çərşənbəsində də adət-ənənə kimi qapı-bacaların açıq olması həm özümüzün özümüzlə, həm də özümüzün – dirilər dünyasının ruhlar dünyasına təmas xəttinə girmə imkanını simvolizə edir. Ruhların qapı-bacada gəzib-dolaşması və xeyir-dualarının üstümüzdə olması kimi düşüncəsini özündə ehtiva edir.

Beləliklə, Yel çərşənbəsinin əsas ünsürü olan Yel – hava, nəfəs bizi mənəvi cəhətdən sağlam ab-havaya köklənməyə, saf ruha yiyələnməyə çağırışdır. Yel tanrısının, yaxud tanrı tərəfindən göndərilən Yel ruhunun oxşanılması müqabilində yelin sərt təbiəti yumşaldılır, yumşalan–həlimləşən yel (külək, hava) təbiətə ilıq nəfəs, isti meh, yumşaq külək şəklində ayaq basır və öz gülümsər çöhrəsi, nəvazişi ilə donmuş dünyaya təzə can bəxş edir. Yaz fəsli dedikdə təsəvvürümüzə, ilk növbədə, havaların istiləşməsi gəlir. Sərhəd bilməyən hava kütləsi öz ilıq nəfəsi ilə – hərarətverici mehi ilə bütün sərhədləri aşaraq “qısa müddətdə bütün dünyanı dolaşır” – bütün kainata, yer və göy aləminə yaz havası, bahar küləyi gətirir. Beləcə, dörd yaradıcı həyat ünsüründən biri olan hava amili bahar nəsiminin timsalında yel, külək şəklində bütün aləmi yenidən cana gətirir. Təbiət qış yuxusundan oyanır, libasını soyunub müvəqqəti ölmüş, qış yuxusuna getmiş (yuxu da müvəqqəti ölüm kimidir!) cansız və canlı aləmə yeni həyat bəxş olunur. Ağacların, bitkilərin tozlanması və sair amillər də məhz yelin yaradıcı gücü sayəsində gerçəkləşir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb