ELM VƏ TƏHSİL
Folklorşünas alimlər Şəkinin kəndlərində ekspedisiyada olublar
![](/files/galleryphoto/2023/2/1200x630/16866417363596411388_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866417365253622768_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1686641736970139070_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866417363948537932_1200x630.jpg)
Bakı, 13 iyun, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri şöbəsinin müdiri İradə Yusifova, həmin şöbənin elmi işçisi Tural Adışirinov və baş laborantı Adışirin Xəlilov Şəki rayonunun Baş Küngüt, Baş Kəldək, Oraban və Bideyiz kəndlərində ekspedisiyada olublar.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Baş Küngüt kəndində icra nümayəndəsi Şahin İslamovla söhbətlər aparılıb, onun təklifi ilə kənd ağsaqqalı Əziz Səmədovdan folklor nümunələri, kəndin adət-ənənələri, toy və yas mərasimlərinin keçirilməsi barədə məlumatlar alınıb.
Daha sonra kənd ağsaqqalı, 44 günlük Vətən müharibəsində təqaüdünü orduya bağışlayan, dahi şairimiz Nizami Gəncəvinin icra nümayəndəliyinin həyətində ucaldılan heykəlini təmir etdirən Hikmət Musayevin evində görüş təşkil olunub. Müdrik el ağsaqqalı bildiyi folklor örnəklərini əməkdaşlarla bölüşüb.
Əməkdaşlar kənd ziyalıları Əliəşrəf Qədirov və Xamməd Əliyevlə də görüşərək adət-ənənələr barədə məlumatlar toplayıblar.
Ekspedisiya zamanı maraqlı məlumatlar qeydə alınıb.