Formula 1 Azərbaycan Qran- Prisi ilin ən yaxşı mərhələsi seçilib
Bakı, 6 avqust, AZƏRTAC
Formula 1 Azərbaycan Qran- Prisi bu ilin ən yaxşı mərhələsi hesab olunub.
AZƏRTAC qurumun rəsmi Twitter hesabına istinadla xəbər verir ki, bu, Formula 1 “Twitter” səhifəsində keçirilmiş sorğu nəticəsində məlum olub.
Sorğuda iştirak edənlərin 62 faizi Azərbaycan Qran- Prisini ən yaxşı mərhələ hesab edib. İkinci yeri 38 faiz səslə Böyük Britaniya Qran- Prisi tutub.
Qeyd edək ki, 27-29 aprel 2018-ci il tarixlərində keçirilmiş Azərbaycan Qran- Prisinin qalibi “Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]