Formula-1 Azərbaycan Qran-Prisində beş pilot mübarizəni vaxtından əvvəl dayandırıb
Bakı, 25 iyun, Səxavət Quliyev, AZƏRTAC
Formula-1 Azərbaycan Qran-Prisində beş pilot mübarizəni vaxtından əvvəl dayandırıb.
AZƏRTAC xəbər verir ki, "Renault"un pilotu Colian Palmerin bolidinin tüstülənməsi, Daniil Kvyatın ("Toro Rosso") və Maks Ferstappenin (“Red Bull Racing”) bolidlərinin mühərrikində problem yarandığı üçün onlar yarışdan kənarlaşıblar.
"Force İndia"nın pilotları Serxio Peresin və Esteban Okonun toqquşması nəticəsində birinci yarışı dayandırmalı olub.
"Williams"ın pilotu Felipe Massanın bolidində nasazlıq yaşandığı üçün mübarizəni dayandırıb.